On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Metbuat.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gəlib. Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan seçməsi növbəti görüşlərini Estoniya və İsveçrə kollektivlərinə qarşı keçirəcək.