La Liqa nəhəngi "Barselona" "Liverpul"un ulduzu Məhəmməd Salahı heyətinə pulsuz cəlb edə bilər.
Metbuat.az xəbər verir ki, Salahın "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatır. Onun klubdan ayrılmaq istədiyi deyilir. Futbolçuya Səudiyyə Ərəbistanından da fantastik təkliflər var. “Mundo Deportivo”nun məlumatına görə, “Barselona” Salahın xidmətində maraqlı olan Avropa komandaları arasındadır. Bununla belə, Salahın transferi yüksək maaş səbəbilə "Barselona"ya asan olmayacaq. Klubda bəzi dairələr Yamal kimi futbolçunun olması səbəbilə Salahın transferinə razı deyil. Bəzi dairələr isə Salahın transferi ilə hücum xəttində alternativ variantları artırmaq istəyir.
Qeyd edək ki, “Real Madrid”in də Salahı transfer etmək üçün səy göstərdiyi barədə xəbərlər dərc edilmişdi.