ABŞ istehsalı olan 10 Quru Taktik Raket Sistemləri (ATACMS) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Ukraynadakı hərbi mövqelərə havadan, dənizdən və qurudan yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edilib. Hücumlar zamanı Ukrayna əsgərlərin, xarici hərbi ekspertlərin və muzdlu döyüşçülərin yerləşdiyi nöqtələr, dəniz vasitələrinin istehsal və saxlama məntəqələri, silah və sursat anbarları hədəfə alınıb.
Açıqlamada Ukrayna ordusunun Rusiya ərazisinə hücumlar təşkil etdiyi bildirilib və Neptun raketi, Amerika istehsalı 10 ATACMS raketi, 15 Fransa istehsalı Hammer raketinin zərərsizləşdirildiyi qeyd edilib.