ABŞ-da Prezident Co Baydenin rəhbərlik etdiyi hökumət Çinin çip sənayesinə əlavə məhdudiyyətlər qoyan yeni tədbirləri açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu açıqlama verib. Bildirilir ki, 24 növ çip istehsalı edən texniki təchizata və 3 proqram təminatına ixrac məhdudiyyətləri qoyulub. Məhdudiyyətlər çərçivəsində süni intellekt çiplərində istifadə edilən komponentin də Çinə ixracı qadağan edilib. Həmçinin, Ticarət Nazirliyi 140 Çin şirkətinin "müəssisə siyahısı"na əlavə ediləcəyini açıqlayıb.
Qərarə əsasən məhsul və ya xidmətlər dövlətin xüsusi icazəsi olmadan “müəssisə siyahısı”nda olan Çin şirkətlərinə satıla bilməz.