Venera planeti barədə həqiqət üzə çıxdı

Alimlər Veneranın keçmişdə heç vaxt yaşamaq üçün əlverişli olmadığını müəyyən ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Kembric Universiteti araşdırma aparıb. Bildirilir ki, araşdırma, Veneranın heç vaxt Yer kimi xüsusiyyətlərə malik olmayan planet olduğunu ortaya qoyub. Məlumata görə, Venerada vulkanik fəaliyyətlərin və atmosferin tərkibinin tədqiqi nəticəsində planetin formalaşmasının ilkin mərhələlərdə quraq olduğu, sonrakı mərhələlərdə isə maye suyu olmayacaq qədər quru quruluşa çevrildiyi müəyyən edilib.

Bildirilir ki, Yerdəki vulkan püskürmələrinin nüvənin zəngin su tərkibini göstərən böyük miqdarda su buxarı ehtiva etdiyi halda, Veneranın vulkanik qazları ən çox 6 faiz nisbətində su ehtiva edib. Bu da Veneranın daxili təbəqələrində su olmadığını göstərir. Bəzi elm adamları Veneranın 4,6 milyard il əvvəl meydana gəldiyi zaman dayaz okeanlara və mülayim iqlimə malik olduğunu irəli sürmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR