AFFA əməkdaşı “Qalatasaray”ın oyununa təyinat aldı - FOTO

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA-dan təyinat alıb.

Metbuat.az xəbər verir ki, belçikalı keçmiş referi Avropa Liqasının əsas mərhələsində İsveçdə “Malmö” ilə Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək VI tur oyununun hakim-inspektoru olacaq.

Dekabrın 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Matçın hakimlər briqadası hələ açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı