Türkiyənin "Qalatasaray" klubu 22 yaşlı müdafiəçisi Metehan Baltacı ilə müqaviləni uzadıb.
Metbuat.az xəbər verir ki, bu barədə "sarı-qırmızılı" klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçu Metehan Baltacı ilə müqaviləni 2027-2028 mövsümünün sonuna qədər uzadılıb.
Qeyd edək ki, cari mövsüm 7 oyunda "Qalatasaray" formasını geyinən Metehan Baltacı 1 asistlə yadda qalıb.