İllər sonra Haci etirafı - "Qalatasaray"dan əvvəl...

"Trabzonspor"un keçmiş baş məşqçisi Giray Bulak illər sonra rumıniyalı əfsanə futbolçu George Haci ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, Hacinin vaxtilə "Trabzonspor"a təklif etdiyini, lakin ulduz oyunçunun son anda qərarını dəyişərək "Qalatasaray"ı seçdiyini bildirib.

Yerli radio kanalına müsahibə verən Giray Bulak həmin dövrü belə xatırlayıb: "Karabükspor"da işlədiyim vaxt Rumıniyada futbolçu axtarırdım. O zaman Faruk bəy mənə "Trabzonspor" üçün də futbolçu tapmağımı istədi. Mən də büdcəmizi aşan oyunçuları "Trabzonspor"a yönləndirirdim. Həmin dövrdə Haci Rumıniyada idi və Meksikadan təklifi vardı. Ona dedim ki, Meksikaya getmə, Trabzona gəl. Rumıniya ilə Meksika arası çox uzaqdır. Hagi buna razılaşmışdı. Lakin son anda Gigi Becali onu "Qalatasaray"a apardı".

Bulak bildirib ki, əgər Haci "Trabzonspor"da oynasaydı, Fatih Terim bu qədər böyük məşqçi ola bilməzdi. Hacinin "Qalatasaray"a keçməsi Fatih Terimi zirvəyə çıxardı. Şenol Hoca isə daha erkən uğurlar qazana bilərdi. "Trabzonspor" daha fərqli mövqedə ola bilərdi və "Qalatasaray" 4 il ardıcıl çempion ola bilməzdi.

Qeyd edək ki, George Haci 1996-2001-ci illər arasında "Qalatasaray" formasını geyinib. Haci bu müddətdə 192 matçda 72 qol vurub, 63 məhsuldar ötürmə edib, "Qalatasaray"a UEFA Kuboku və UEFA Super Kuboku da daxil olmaqla bir çox çempionluq qazandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı