​“Fənərbaxça” nəhayət qələbə qazandı

Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.

Metbuat.az Apasport.az-a istinadla xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutub.

"Fənərbaxça" "Hatayspor"u qəbul edib. Görüşdə hesabı Yusuf En-Nesiri açıb. Lakin çox keçmədən qonaqlar Bilal Butobba ilə hesabı bərabərləşdirməyə nail olub.

Buna baxmayaraq, ilk hissəyə əlavə olunan dəqiqələrdə En-Nesiri dublunu rəsmiləşdirib. Bu, matçda həlledici qol olub - 2:1.

Türkiyə Super Liqası

XVIII tur

"Fənərbaxça" - "Hatayspor" 2:1

"Kasımpaşa" - "Qaziantep" 2:2

"Bodrum" - "Kayserispor" 1:1


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı