İsrail əsgərləri İordan çayının qərb sahilində Cenin şəhəri yaxınlığında iki yaşlı qızı güllələyiblər.
Metbuat.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.
"İsrail əsgərləri Cenin şəhəri yaxınlığında reylər zamanı bir fələstinli uşağı güllələyiblər”, - məlumatda deyilir.
Qızın 2 yaşında olduğu qeyd edilir. O, başından aldığı güllə yarasından dünyasını dəyişib. Anası yüngül xəsarətlər alıb.
İsrail Müdafiə Qüvvələri araşdırmaya başlayıb.