İrəvanın yaxınlığında yerləşən Merdzavan kəndində atışma baş verib.
Metbuat.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bir sıra yerli media orqanlarında qeyd olunur ki, olayda kəndin icma rəhbəri Mqer Axtoyanın adı hallanır. Hadisə nəticəsində ölən və yaralananların kimliyi barədə hələlik rəsmi açıqlama verilmir.