Ronaldo yenə fərqləndi - 925-ci qol

Səudiyyə Ərəbistanı Pro Liqasında "Əl-Nəssr" "Əl-Vəhda"nı qəbul edib.

Metbuat.az xəbər verir ki, oyun Kriştiano Ronaldo üçün əlamətdar olub. O, oyunda 1 dəfə fərqlənib. Ronaldonun 48-ci dəqiqədə fərqləndiyi oyunda "Əl-Nəsr" rəqibini 2-0 hesabı ilə məğlub edib. Meydan sahiblərinin 2-ci qoluna 90+8-ci dəqiqədə Sadio Mane imza atıb.

Qeyd edək ki, Ronaldonun "Əl-Vəhda" ilə oyunda vurduğu qol, onun karyerasındakı 925-ci qolu olub. Bu qələbədən sonra "Əl-Nəssr" 47 xalla üçüncü sırada yer alıb. Turnir cədvəlinə 55 xal toplayan "Əl-İttihat" klubu liderlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı