Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında təkbətək görüş keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Ceyhun Bayramov bu gün Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gedib.