​ABŞ Ukrayna ilə saziş imzalamaq üzrədir - Ağ ev

ABŞ Ukrayna ilə nadir torpaq elementlərinə dair sazişi imzalamağa çox yaxındır.

Metbuat.az xəbər verir ki, Ağ evin sözçüsü Karolin Leavitt belə açıqlama verib. O bildirib ki, bu müqavilənin imzalanması ABŞ üçün əhəmiyyət kəsb edir. Sözçü, “Prezident Trampın dediyi kimi, nadir torpaqlar üzrə razılaşma tamamilə mühümdür. Biz bu müqaviləni tamamlamaq üçün finiş xəttinə çox yaxınıq" - deyə bildirib. Leavitt qeyd edib ki, Donald Tramp saziş imzalamaq üçün və ya səfər məqsədilə Ukrayna Prezidenti Vladimir Zelenskini Ağ Evdə qəbul etməyə hazırdır.

Qeyd edək ki, Ukraynanın baş naziri Denis Şmiqal ABŞ ilə nadir torpaq elementlərinə sərmayə qoyuluşunu nəzərdə tutan müqavilənin yekun layihəsinin hazırlandığını ifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı