“Əl-Nəssr”in futbolçusu Kriştiano Ronaldo klub almaq istəyir.
Metbuat.az xəbər verir ki, futbolçu “Valensiya” klubunu almaq üçün hərəkətə keçib. Məlumata görə, Ronaldo İspaniya nəhəngini almaq üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın vasitəsilə investisiya tərəfdaşı tapıb. İddialara görə, Ronaldo “Valensiya” klubunu həmin investisayadan da istifadə edərək almaq istəyir. Təklifin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, “Valensiya” hazırda İspaniya la Liqasında 18-ci yerdə qərarlaşıb. Klub indiyədək 6 dəfə İspaniya çempionu titulunu qazanıb.