Klarnetçi Hüseyn Məmmədoğlu Azərbaycan Dillər Universitetində işə başlayacaq.

Metbuat.az xəbər verir ki, o bu barədə instagram hesabında paylaşım edib.

O bildirib ki, universitetdə bədii rəhbər vəzifəsində çalışacaq.

"Çəkilən əziyyət və ən əsası təhsil almaq çox vacib məsələlərdən biridir. Oxumaq heç vaxt gec deyil. Bu günə şükürlər olsun. Rektorumuz, AMEA-nın həqiqi üzvü və birinci dərəcəli dövlət müşaviri Kamal Abdullaya təşəkkür edirəm" - deyə bildirib.