Ayxan Abbasov 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Mütəxəssislə müqavilə 2 illik nəzərdə tutulub.

Qeyd edək ki, Ayxan Abbasov həm də “Şamaxı” klubunun baş məşqçisidir.