Azərbaycanda ilin ilk üçəm oğlanı doğulub - video

Azərbaycanda ilin ilk üçəm oğlanı doğulub - video
01:46 20 Yanvar 2015
298 Şou
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində üçəm dünyaya gəlib.
 
Dünyaya gələn körpələrin üçü də oğlandır. Bu, yeni ildə ölkəmizdə ilk üçəm doğulması faktıdır.
 
Axşam.az-ın APA TV-yə istinadən xəbərinə görə, üçəm oğlan uşaqlarını Gəncə şəhər sakini, 23 yaşlı ana Ramilə Əmrahova dünyaya gətirib. Doğuş qeysəriyyə əməliyyatı ilə olub. Hər üç uşaq və ana tam sağlamdır.
 
Uşaqların çəkisi 2 kq 100 qram, 2 kq, 1 kq 800 qramdır, tənəffüs çatışmazlıqları yoxdur.
 
Əmrahovlar ailəsində dünyaya gələn üçəm körpələrə Həsən, İbrahim və Məhəmməd adları qoyulub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR