Hindistanda helikopter qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, hadisə yerli vaxtla saat 9 radələrində Uttarakxand ştatında baş verib.

Bildirilib ki, şəxsi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, biri ağır olmaqla 2 nəfər yaralanıb.

Qəzanın baş vermə səbəbi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.