Alonso Arda ilə bağlı "Real"dan bunu tələb etdi

“Real Madrid”in yeni məşqçisi olacağı deyilən Xabi Alonso Arda Gülerlə bağlı rəhbərliyə təlimat verib.

Metbuat.az xəbər verir ki, Alonso Ardanın klubda qalmasını istəyib. “El Chiringuito”nun xəbərinə görə, Alonso xüsusilə “Real” rəhbərliyindən Arda Güleri komandada saxlamağı xahiş edib. Xəbərdə deyilir ki, bundan əvvəl Arda komandadan icarə əsasında getməyi nəzərdən keçirsə də, bundan vaz keçib. Bildirilir ki, Xabi Alonso gənc istedadlı oyunçularla işləməyə üstünlük verir.

Qeyd edək ki, bu mövsüm “Real Madrid”də 40 matçda çıxış edən Arda Güler 5 qol və 9 məhsuldar ötürmə ilə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı