"Fənərbaxça" "Mançester Siti"nin futbolçusu Ceremi Dokunu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, "Mançester Siti" bu mövsüm uğursuz oyun nümayiş etdirən futbolçunu heyətdən göndərmək istəyir. Bildirilir ki, idman direktoru "Fənərbaxça"dan göndəriləndən sonra məşqçi Joze Mourinyo transfer işlərində şəxsən iştirak edir. "Fənərbaxça"nın Ceremi Dokunu icarəyə götürmək istədiyi irəli sürülür. Məlumata görə, "Fənərbaxça" Ceremi Doku ilə birlikdə “Tottenhem”in futbolçusu Heung-min Sonunda xidmətində maraqlıdır.

Bu mövsüm Premyer Liqada 29 matçda iştirak edən Ceremi Doku 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.