İyunun 11-də qaz kəsiləcək - Bu ərazilərdə

Sabah Cəlilabad şəhərinin 22 küçəsində qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, Cəlilabad şəhərində H.Əliyev prospekti 394 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi üçün H.Əliyev prospekti, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək, S.Axundov, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 may, Təbriz, Xətai, Fizuli, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov, S.Vurğun küçələri olmaqla təqribən 3 min abonentin qaz təchizatının sabah saat 10:00-dan dayandırılması planlaşdırılır.

Qeyd olunan ərazilərdə qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı