May-İyun aylarında 8 nəfər qarpızdan zəhərlənib – Ölüm Halı Qeydə Alınmayıb

Bu ilin may-iyun aylarında 8 nəfər qarpızdan zəhərlənib.

Metbuat.az xəbər verir ki, bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, bu il may-iyun ayları ərzində KTM-in Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət edib.

Məlumata görə, onların hər birinə ilkin tibbi yardım göstərilib və ölüm halı qeydə alınmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı