Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində bu gün Nikol Paşinyanın Fransanın Prezidenti Emmanuel Makron ilə Yelisey sarayında görüşü nəzərdə tutulub.