ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir.

Bu, təxminən iki onillik ərzində ABŞ Prezidentinin Pakistana ilk səfəri olacaq. Pakistana sonuncu dəfə 2006-cı ildə səfər edən ABŞ Prezidenti kiçik Corc Buş olub.

Mənbələrin bildirdiyinə görə, Tramp Pakistandan sonra Hindistana da səfər edəcək.