Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

15:57 25 Dekabr 2014
71 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 15:53 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rauf Nüsrət oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş atası Nüsrət Faiq oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman plastik qabda olan gilənar mürəbbəsinin içərisindən 6 ədəd bükülüdə xalis çəkisi 0,811 qram olan narkotik vasitə - heroin, 0, 685 qram narkotik vasitə - tiryək və 0,2 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR