Göyçayda yanğın hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hacalıkənd kəndində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Əhmədzadə Nəsrəddin Məhəmməd oğluna aid ümumi sahəsi 480m² olan ikimərtəbədən ibarət evdə yanğın baş verib. Hadisə nəticəsində 8 otaqdan ibarət olan mənzilin 2-ci mərtəbəsində 1 otaq əşyalarla birlikdə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi üçün əraziyə dərhal FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Baş vermiş yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.