Astarada 60 yaşlı kişi əncir ağacından yıxılaraq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Siyaku kənd sakini 1966-cı il təvəllüdlü Fazil Söhbət oğlu Fətəliyev yaşadığı evin həyətindəki ağaca əncir dərmək məqsədi ilə çıxıb və ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.