ABŞ Müdafiə Nazirliyi İrandan gələn hücumların Amerika hərbi bazalarının zəif nöqtələrini üzə çıxarmasından sonra Yaxın Şərqdə hərbi mövcudluğun azaldılması imkanlarını müzakirə edir.
Metbuat.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Məlumata görə, Pentaqon İranla müharibədən sonra Fars körfəzindəki qüvvələrin bir hissəsinin daha qərbə — İordaniya, İsrail və ya Səudiyyə Ərəbistanı istiqamətinə köçürülməsi variantını nəzərdən keçirir. Zədələnmiş hərbi obyektlərin bərpasından imtina edilməsi də mümkün variantlardan biri kimi göstərilir.
Bildirilir ki, Pentaqon məsələ ilə bağlı hələ yekun qərar qəbul etməyib.
“The Wall Street Journal”ın məlumatına görə isə İranın hücumları ABŞ-a təxminən 13 milyard dollar ziyan vurub. Münaqişənin başladığı fevral ayından etibarən İranın ABŞ hərbi bazalarına 2 mindən çox raket və pilotsuz uçuş aparatı ilə zərbə endirdiyi bildirilir.