Bir zamanların məşhur serialı “Lost”un ssenaristi və prodüseri Damon Lindelof serialın 6 mövsüm davam etməsinin səbəblərindən danışıb.

Metbuat.az xəbər verir ki, 2004-2010-cu illərdə yayımlanan və 121 seriyadan ibarət olan “Lost” xüsusilə uzanan sirrləri və finalı ilə tənqid olunmuşdu. Lindelofun sözlərinə görə, əsas problem kanalın uğurlu serialı bitirmək istəməməsi olub.

O bildirib ki, yaradıcı heyət əsas suallara cavab verdikcə serialın finalına yaxınlaşırdı. Buna görə də bəzi cavabları gecikdirmək məcburiyyətində qalırmışlar.

Qeyd edək ki, Lindelof hazırda “DC Comics”in “Lanterns” serialı üzərində işləyir və “Lost”da yaşadığı təcrübədən nəticə çıxardığını deyib. Onun sözlərinə görə, yeni serialın yaradıcıları hekayəni əvvəlcədən sona qədər planlaşdırıb və sirrləri süni şəkildə uzatmayacaq.