“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimen bu dəfə meydandakı çıxışı ilə deyil, yol hərəkəti qaydasını pozması ilə gündəmə gəlib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, nigeriyalı hücumçu komandanın məşqindən sonra klubun bazasından avtomobili ilə ayrılarkən qırmızı işıqda keçib. Hadisə həmin ərazidə olan kameraların obyektivinə düşüb.
Məlumata görə, işıqforda qırmızı işığın yanmasına baxmayaraq, hərəkətini davam etdirən Osimenə yol hərəkəti qaydasını pozduğu üçün 5 min Türkiyə lirəsi (təxminən 185 manat) məbləğində cərimə tətbiq edilib.
Futbolçunun bu hərəkəti sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. “Qalatasaray”ın əsas hücumçularından olan Osimenin məşqdən çıxarkən belə bir qayda pozuntusuna yol verməsi tənqid olunub.