Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Belə ki, dünən axşam saatlarında 2007-ci il təvəllüdlü Elnur Əliyevin cərəyan vurmuş meyiti yaşadığı mənzildə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.