Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın səhhəti ilə yanaşı, maddi problemləri də gündəmdədir. Uzun müddətdir müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparan 56 yaşlı sənətçinin maliyyə çətinliyi yaşadığı bildirilir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Serdar Ortaç vaxtilə götürdüyü kredit borcunu ödəməkdə çətinlik çəkir. Müğənninin sözlərinə görə, borcunu vaxtında ödəyə bilmədiyi üçün Ziraat Bankası ona 8 aylıq möhlət verib. Ortaç bankın bu addımını xüsusi olaraq qeyd edib və borcun ödənilməsinin təxirə salındığını açıqlayıb.
Hazırda həm səhhəti, həm də maddi problemləri ilə diqqət çəkən sənətçi həyatının ən çətin dövrlərindən birini yaşayır. Bir vaxtlar Türkiyənin ən çox qazanan müğənnilərindən biri olan Ortaç son illərdə şəxsi həyatı və maliyyə problemləri ilə tez-tez gündəmə gəlir.