"Süni intellekt və yeni media platformaları dəyişsə də, jurnalistikanın əsas prinsipləri dəyişməməlidir".

Metbuat.az-ın məlumatına görə, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” mövzusunda video-müsahibədə deyib.

Onun sözlərinə görə, media qurumlarının əsas üstünlüyü məlumatın etibarlılığı və auditoriyanın etimadıdır:

“Mətbuat olaraq biz prinsiplərin saxlanmasına imkan yaratmalıyıq. Məkanlar dəyişə, platformalar dəyişə bilər, amma prinsiplər dəyişməyib. Biz ona görə media olaraq çalışmalıyıq ki, prinsiplərin saxlanmasına imkan yaradaq”.

Ekspert qeyd edib ki, medianın əsas vəzifələrindən biri məlumatın dəqiqliyinə və etibarlılığına zəmanət verməkdir:

“Media orqanı olaraq bizim fərqimiz ondan ibarətdir ki, məlumatı hansı mənbədən alsaq belə, bu bizim nəzarətimizdən keçib və biz bunu dəqiqləşdirmişik. Siz bizə inana bilərsiniz. Güvən məsələsidir. Mətbuat bu güvəni hər zaman saxlamalıdır”.

Y.Məmmədli əlavə edib ki, obyektivlik, istinad və məlumatın dəqiqliyi kimi prinsiplər süni intellekt dövründə də qorunmalıdır.

Ətraflı videoda: