"Qarabağ"ın qapıçısı Mateuş Koxalski komandadan ayrılıb.

Metbuat.az Offsideplus.az-a istinadən xəbər verir ki, tərəflər ayrılıq barəsində razılığa gəlib.

Polşalı qolkiperin karyerasını ölkəsində davam etdirəcəyi gözlənilir.

Məsələ ilə bağlı "Qarabağ"dan hər hansı rəsmi açıqlama verilməyib.