Çempionlar Liqasında “Fənərbaxça” ilə “Roma” arasındakı matçında İsmail Kartala su şüşəsi atdığı deyilən azarkeş ifadə verib.
Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı saxlanılan Kaan A. törətdiyi hərəkətə görə peşman olduğunu bildirib. Məlumata görə, ona stadionlara giriş qadağası tətbiq edilib. “Fənərbaxça” azarkeşi olduğunu deyən Kaan A. uzun illərdir komandanın oyunlarına getdiyini və 5 yaşlı oğlunu da matçlara apardığını bildirib. O, qarşılaşma zamanı penalti olduğunu düşündüyü epizoddan sonra həyəcanlanaraq əlindəki plastik su şüşəsini hədəf seçmədən meydana atdığını deyib. Kaan A. şüşəni İsmail Kartala tərəf atdığı barədə iddiaları qəbul etməyib. O, hərəkətinə görə üzr istəyib.