Kolumbiya futbolunun tanınmış simalarından olan Xames Rodriges karyerasını ölkəsinin köklü klublarından “Atletiko Nasional”da davam etdirəcək.
Metbuat.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Atletiko Nasional”la birillik müqavilə imzalayıb.
Qeyd edək ki, Xames Rodriges 2008-ci ildə ölkəsindən ayrıldıqdan sonra ilk dəfə Kolumbiya klubunda çıxış edəcək. Xames Rodriges daha əvvəl “Bavariya”, “Porto” və “Real Madrid” kimi Avropanın aparıcı komandalarında forma geyinib. Bildirilir ki, futbolçunun İtaliya B Seriyasında çıxış edən “Avellino” ilə anlaşdığı iddia olunsa da, transfer baş tutmayıb. Rodriges son olaraq MLS-də “Minnesota” klubunun formasını geyinib və 2026-cı il dünya çempionatında Kolumbiya millisinin heyətində mübarizə aparıb.