İngiltərə Hakimlər Komitəsi Premyer Liqada keçirilən “Mançester Yunayted” - “Mançester Siti” derbisində hakim səhvinə yol verildiyini etiraf edib.

Metbuat.az xəbər verir ki, komitə “Mançester Siti”yə 1:0 hesablı qələbə qazandıran Erlinq Haalandın qolunun qeydə alınması ilə bağlı VAR qərarında səhv edildiyini bildirib.

Qeyd olunub ki, Haalandın ofsaydda olmadığı müəyyənləşdirilsə də, epizod zamanı Enzo Fernandesin mövqeyinin oyuna mümkün təsiri VAR tərəfindən nəzərə alınmayıb. Bu səbəbdən hakimə meydançada epizodu yenidən izləmək tövsiyə edilməli idi.

Xatırladaq ki, qarşılaşmanın 60-cı dəqiqəsində Haaland Joşko Qvardiolun ötürməsindən sonra topu qapıya göndərib. Baş hakim Maykl Oliver qolu əvvəlcə ofsayd səbəbilə ləğv etsə də, VAR yoxlamasından sonra norveçli hücumçunun ofsaydda olmadığı müəyyənləşib və qol qeydə alınıb.

Komitə “Mançester Yunayted”lə əlaqə saxlanılaraq səhvin qəbul edildiyini və hadisə ilə bağlı araşdırma aparılacağını açıqlayıb.