Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı Sərəncam Penitensiar Xidmətin 2 və 17 saylı cəzaçəkmə müəssisələrində icra edilib.

Metbuat.az xəbər verir ki, bu müəssisələrdən 4 nəfər Azərbaycan vətəndaşı azadlığa buraxılıb.

Qeyd edək ki, bu gün imzalanan əfv Sərəncamı 20 nəfərə şamil edilib.

14:34

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılır.

Metbuat.az xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.

Qeyd edək ki, sərəncama əsasən, Azad edilənlərin ümumi sayı 20 nəfərdir.