ABŞ-da süni intellektlə bağlı rəsmi terminologiyada dəyişiklik edilir. Prezident Donald Tramp dövlət qurumlarının sənədlərində “süni intellekt” əvəzinə “super zəka” və “SI” terminlərindən istifadəni nəzərdə tutan sərəncam imzalayıb.
Metbuat.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, yeni qayda bütün nazirlik və dövlət qurumlarının rəsmi yazışmalarına, ictimai açıqlamalarına, siyasət sənədlərinə və hüquqi xarakter daşımayan digər sənədlərinə şamil olunacaq.
Sərəncama əsasən, Prezidentin Elm və Texnologiya üzrə müşavirinə “super zəka” anlayışının texnologiyanın hazırkı vəziyyətini əks etdirən tərifini hazırlamaq tapşırılıb.
Bundan əlavə, Tramp Alphabet, Anthropic, Meta, OpenAI, xAI və Nvidia kimi texnologiya şirkətlərinin rəhbərləri ilə “Ağ Ev Super Zəka Razılaşması” adlı sənəd imzalayıb.
Sənəddə şirkətlər süni intellekt texnologiyalarını təhlükəsiz və məsuliyyətli şəkildə inkişaf etdirməyi, sistemlərin nəzarətdə saxlanılması və mümkün problemlərin vaxtında aşkarlanaraq aradan qaldırılması üçün daxili nəzarət mexanizmləri yaratmağı öhdələrinə götürüblər.