Azərbaycanda banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, bununla bağlı normativ dəyişikliklər hazırlanır. Yeni mexanizmin məqsədi iş yerini itirən borcalanlara kredit ödənişlərini davam etdirməkdə dəstək olmaq və bankların kredit risklərini azaltmaqdır.

Təklif olunan mexanizmin problemli kreditlərin artım riskini azaltmağa xidmət edəcəyi gözlənilir. Qaydaların nə vaxt qüvvəyə minəcəyi və sığorta ödənişlərinin şərtləri hələ açıqlanmayıb.