Rusiyanın Kemerovo vilayətində An-12 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub.
Metbuat.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə havada olarkən qəfil alışıb. Bundan sonra hava gəmisi sürətlə aşağı enməyə başlayıb və yerə çırpıldıqdan sonra partlayıb.
Qeyd edək ki, ölənlərin sayı ilə bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Noyabrın 17-də Rusiyanın Baza nəşri də ölkənin Kemerovo vilayətində təyyarə qəzası baş verdiyini açıqlayıb. Vilayət qubernatoru İlya Seredyuk isə bölgədə aviasiya hadisəsinin baş verməsi ilə bağlı açıqlama yayıb.