Bakı-Quba yolunda maşın aşıb, 4 nəfər xəsarət alıb

Bakı-Quba yolunda maşın aşıb, 4 nəfər xəsarət alıb
18:07 20 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 18:02 ]

Siyəzən. Vəli Turan - APA. Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 93-cü km-də qeydə alınıb.

 

Quba rayonu, Ağbil kənd sakini 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi 99-AE-240 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomaşın yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində sürücü ilə birgə 4 nəfər xəsarət alıb. Onlar 1955-ci il təvəllüdlü Xaçmaz rayonu, Həsənqala kənd sakini Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.

 

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR