ANS PRESS-in məlumatına görə, milliləşdirilmiş ukraynalı idmançı kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub. O, yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb.
Demyanenko yerli jurnalistlərə açıqlama verib.
O son anda qızıl medalı əldən verməsinə belə münasibət bildirib: "Bu gün təəssüf ki, uduzdum. Bəxtim gətirmədi. Startdan nəsə yaxşı başlamadım. Avqustda keçiriləcək dünya çempionatına hazırlaşmaq üçün vaxtım var. İndi demək olmaz ki, mənə nəsə mane oldu. Sadəcə bu gün mənim günüm deyildi. Liderlə aramdakı distansiyanı aradan qaldırmaq çətin idi".








