Sarayın mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, konsert xalq artisti Mənsum İbrahimov və əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun birgə layihəsi əsasında reallaşacaq.
Gecədə əməkdar artist Təyyar Bayramov, Aytən Məhərrəmova, Arzu Əliyeva, Xətai Hacıyev, Vüsalə Rəcova, Qızılgül Babayeva, Orxan Hüseynli, Türkay Məlikova və digər gənc xanəndələr çıxış edəcəklər.
