Ömrü uzadan 6 MÖCÜZƏVİ TƏRƏVƏZ

Ömrü uzadan 6 MÖCÜZƏVİ TƏRƏVƏZ
23:37 18 İyun 2015
304 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kim istəməz daha uzun və sağlam bir ömür yaşasın?! Dietoloqlar bu arzumuzun birbaşa qidalanmayla bağlı olduğunu deyir.
 
Kahı, qara kələm, kələm və digər yarpaqlı tərəvəzlər yeyə biləcəyimiz ən faydalı qidalardır. A, B, K və digər vitaminlər, kalsium, dəmir, potasium, maqnezium və hüceyrə məhvini əngəlləyən antioksidanla zəngin olan bu tərəvəzləri mütəmadi olaraq yeməliyik.
Dietoloqlar yaşıl yarpaqlı tərəvəzlərin damar sərtləşməsini əngəllədiyini deyir. Bu tərəvəzlər hüceyrələrin toksinlərdən təmizlənməsinə, DNA-nın sərbəst radikallar tərəfindən zərər görməsini əngəlləməyə və beləliklə, xərçəng hüceyrələrinin çoxalması və yaranmasına mane olur. Buna görə yaşıl yarpaqlı tərəvəzlərlə zəngin salat yeyin.
 
Bu faydalarından başqa, yaşıl yarpaqlı bitkilər bədən tərəfindən nitrioksidə çevrilən təbii nitrat qaynağıdır. Bu nitrioksid maddələr mübadiləsi üçün əvəzedilməz sayılır. Qan təzyiqini aşağı salan nitrioksid qan axınını dəstəkləyir. Bədən mexanizminin nizamlı çalışması üçün daha çox nitratlı qidalar yemək lazımdır. Yaşıl yarpaqlı bu tərəvəzlər depressiyanı əngəlləyir, alzehmir (unutqanlıq) kimi xəstəliklərin riskini azaldır. 
 
Milli.Az lent.az-a istinadən möcüzə sayılan tərəvəzləri təqdim edir. Bu 6 tərəvəzi qidalanmanıza daxil etsəniz, ömrünüz də uzanacaq. 
 
Xərçəngə qarşı kahı 
 
Qan şəkərini tənzimləməyə yardım edir. Xərçəngə səbəb olan toksinlərdən hüceyrələri qoruyur, ürək xəstəliyi, şəkər və digər xroniki xəstəliklərin riskini azaldır. Kahı bişirərkən yarpaqlarını kökündən kəsin. Kahı kökünü sarımsaq və zeytun yağı ilə qarışdırıb bişirə bilərsiz. Ya da yarpaqlarını quş üzümü, şam fıstığı əlavə edib bir neçə dəqiqə bişirdikdən sonra yeyin. 
 
Gəncləşdirən sarımsaq 
 
Sarımsaq 33 növ kükürd birləşimi, 17 növ aminoasit, flavonoidlər, sink, maqnezium, kalsium, A, B, C vitamin tərkiblidir.
Sarımsaq tərkibindəki antioksidanla siqaretin, kirli havanın, fərqli kimyəvi maddələrin bədənə vurduğu zərərli təsirlərin yox edilməsinə və toksinlərin bədəndən atılmasına yardım edir.
Qan yağlarını azaldır, qan laxtalanmasının qarşısını alır, təzyiqi aşağı salır, qan damarlarını qoruyur.
Epigenetik bir qida olan sarımsaq yaşlanmanı gecikdirir. Yaşanan stress, üzüntü, hərəkətsizlik hüceyrə məhvini artırır. Sarımsaq isə bu məhvi gecikdirir. 
 
Şəkərə qarşı brokoli
 
A, C vitaminləri, lif, potasium, kalsium tərkibli olan borokoli tərkibindəki sulforafenfito kimyəvi maddələrlə yüksək qan şəkərinin damar çəpərləri və toxumaya verə biləcəyi zərərləri azaldır.
Göz sağlığı üçün faydalı olan lutein və zeaxantin ilə zəngindir. Katarakt kimi göz xəstəliklərində müsbət faydasının olduğu da araşdırmalarla təsdiqlənib. Bu tərəvəzdən maksimum yararlanmaq üçün çiy yeyilməsi tövsiyə edilir. 
 
Xolesterola qarşı qara kələm 
 
Digər yaşıl yarpaqlılar kimi, mədə turşuluğunu yaxşı tənzimləyən bu tərəvəz xolesterolun azalmasına və xərçəngdən qorunmağa yardım edir. Bədənin toksinlərdən qorunma sistemini qidalandıran fotokimyəvi maddələrlə zəngindir. Yeyilmədən əvvəl qaynadılması və sarımsaq, limon suyu ilə yeyilməsi məsləhətdir. 
 
Qan hüceyrələrini artırmaq üçün Çin kələmi 
 
Əzələ formalaşmasına və qan təzyiqinin aşağı qalmasına yardım edən, potasiumla zəngin olan bu kələm ağ qan hüceyrələrinin aktivliyini artıraraq bədənin immunitetini gücləndirən və toksin atmağa kömək edən A vitamini ilə zəngindir. Susam yağı, toyuq əti və tərəvəzlə qarışıq yeyilməlidir. 
 
Tərəvəzlərin kralı kələm 
 
Tərkibində qlükozinolat, kampferol kimi xərçəngə qarşı mübarizə aparan birləşimlər var Ürək problemləri riskini azaldan, qan şəkərini aşağı salan, sümükləri gücləndirən baş tərəvəzlərdəndir. Göz xəstəliklərinin qarşısını alan lutein və zeaxanthin antioksidanları ilə zəngindir. Uzun kələmi doğranmış soğan ilə zeytun yağında bişirin, tərəvəz də əlavə edib yeyin.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/351182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR