123456 - 2014-ün ən pis parolu

123456 - 2014-ün ən pis parolu
12:46 21 Yanvar 2015
188 Digər
Ölkə mətbuatı
A- A+

Komputerlər, şəxsi sənədlər, telefonlarımıza qoyduğumuz parollar bəzən o qədər bəsit olur ki, onları sındırmaq üçün heç bir hakerə ehtiyac belə qalmır.

Parollarla bağlı nəzarəti həyata keçirən "SplashData" hər il müntəzəm olaraq ən pis və asan paroların siyahısını hazırlayır. Adətən bu siyahıya 25 uğursuz parol daxil olur.

ANS PRESS-in məlumatına görə, "Splashdata" artıq 2014-cü ilin nəticələrini elan edib. İlk siyahıda isə böyük ehtimal təmbəllikdən qoyulan "123456" kombinasiyasıdır.

Siyahının ikinci pilləsində “password” (parol), üçüncüdə isə “qwerty” qərarlaşıb.

Siyahıya düşən şifrələrin heç biri demək olar ki, heç bir yaradıcılıq, gizlilik düşünülmədən qoyulub.
İlk onluqda yer alanlar isə belədir.
1. 123456
2. password
3. 12345
4. 12345678
5. qwerty
6. 123456789
7. 1234
8. dragon
9. football
10. 1234567
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR