Balakəndə ev, Ağdaşda isə yük maşın yanıb

04:07 19 İyun 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 04:03 ]


Bakı-APA. Ötən gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonu, Meşəşambul kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m sahədə olan birmərtəbəli 4 otaqlı evinin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Ağdaş rayonu, Qolqəti kəndində isə Mingəçevir "Bozdağ" suvarma idarəsinə məxsus "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 1.5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387737

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR