Özcan Deniz müsəlmanları özündən çıxardı

Özcan Deniz müsəlmanları özündən çıxardı
05:04 19 İyun 2015
84 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur müğənni Özcan Deniz müsəlmanlara xoş olmayan sözlər işlədib.

 

Lent.az-ın “anspress.com”-a istinadən verdiyi məlumata görə, Azərbaycanda da geniş pərəstişkar kütləsi olan sevilən müğənni Özcan Deniz “Instagram” hesabında Ramazan ayı ilə bağlı qalmaqala səbəb olan post yazıb.

 

Səhifəsində pidə şəkli paylaşan müğənninin bu sözləri isə bəzi istifadəçilərin xoşuna gəlməyib: “Yenə böyük süfrələr açılacaq, yenə obaşdan və iftarda 5 vaxtlıq yeməklər yeyiləcək. Hotellərdə, restoranlarda artıq qalanlar isə zibilliyə atılacaq. Yenə aclıqdan əsəbləri pozulanlar oruc tutmayanlara hücum çəkəcək, yenə TV-lərdə böyük miqdarda pul qarşılığında din xadimləri yanğılı musiqilərin müşayiəti ilə əsassız çıxışlar edərək beyinləri qarışdıracaq. Yenə məşhurlarla iftar şənlikləri hazırlanıb TV şouları təqdim ediləcək və ən əsası yenə “oruc tutmağın” bütün səbəbləri unudularaq gün boyu ac qalıb azan verildikdə yeməyə hücum etmək başa düşüləcək”

 

Məşhur müğənninin sosial şəbəkədə yazdığı bu post internet istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və bəzi şəxslərin tənqidlərinə məruz qalıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR