Planetin ən yaşlı insanı öldü

Planetin ən yaşlı insanı öldü
08:57 19 İyun 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Planetin ən yaşlı insanı hesab edilən ABŞ-lı Jeralin Talli 116 yaşında dünyasını dəyişib. 

Publika.az bildirir ki, ötən ay Miçiqandakı evində 116 yaşını qeyd edən Tallinin ağciyərində yaranan narahatlıqlar səbəbilə müalicə olunduğu xəstəxanada vəfat edib. 

1899-cu ildə Montros şəhərində dünyaya göz açan Talli 1930-cu ildən etibarən Miçiqana yerləşib. Onun həyat yoldaşı isə 1988-ci ildə 95 yaşında həyatla vidalaşıb. 

Qeyd edək ki, indiyə qədər ömür müddəti ilə Ginnesin Dünya Rekordları kitabına düşən insan isə fransalı qadın Jan Luiz Kalmandır. O, 1997-ci ildə dünyasını dəyişəndə 122 yaşında idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR